13 noy 2023 14:37
İsrailin baş naziri Binyamin Netanyahu mətbuat konfransında Qəzzaya hücumlara qarşı çıxan ərəb liderlərini hədələyib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, ərəb ölkələri maraqlarını qorumaq istəyirsə, susmalıdır. Netanyahu ərəb ölkələrini HƏMAS-ın hücumlarına səssiz qaldığına görə tənqid edib. Netanyahu ABŞ-ın “CNN” televiziyasına müsahibəsində Qəzzanın İsrail ordusunun nəzarəti altında olması fikrini təkrarlayıb.
O, Qəzzanın idarəçiliyinin Fələstin rəhbərliyinə verilməyəcəyini qeyd edib.