29 Noyabr 2023 18:27
Milli Məclisdə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə zamanı narkomaniya testindən keçirilməsi təklif edilib.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
“Bu gün nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə zamanı narkomaniya testindən keçilməsi vacibdir. Ona görə də bu, müəyyanə daxil edilməlidir. Narkomaniyaya ilə bağlı yoxlanılmalar gücləndirilməlidir”, - deyə deputat əlavə edib.