METBUAT.AZ

Hadisə

Ödənişli yolda ağır qəza:

28 Noyabr 2023 22:07

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, "Nissan X-Trail" markalı avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Belə ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı hadisə yerində aldığ xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.