METBUAT.AZ

İqtisadiyyat

Ölkədə orta aylıq əmək haqqı artıb -

7 noy 2023 16:15

2023-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat paylaşıb. Qeyd olunub ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı 9,9 faiz artaraq 1174,7 manat təşkil edib.

Hesabat dövrünün əvvəlindən mədənçıxarma sənayesində çalışanların orta aylıq nominal əmək haqqısı 3 881,5, informasiya və rabitə sahəsində çalışanların orta aylıq nominal əmək haqqısı 1 742,8 olub. Maliyyə və sığorta fəaliyyəti sahəsində çalışan işçilərin əmək haqqısından isə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox artım qeydə alınıb. Belə ki, Maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanların orta aylıq nominal əmək haqqısı cari ilin 8 ayında isə 2 556,0, ötən ilin müvafiq dövründə isə 2 268,7, olub.


metbuat.az.