METBUAT.AZ

İqtisadiyyat

OPEC+ iclasından gözləntilər:

21 noy 2023 13:35

“Dünyada iqtisadi vəziyyətlə bağlı diametral fərqlənən hadisələr baş versə də, istənilən halda neftin qiyməti aşağı düşür. Gələn ilin proqnozlarına görə, 2024-cü ildə neftin orta qiyməticari illə müqayisədə azalsa da, ancaq 80 dollardan yuxarı olmalıdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Noyabrın 26-da OPEC-ə üzv ölkələrin toplantısı zamanı hasilatla bağlı hansı qərarın verilə biləcəyini proqnozlaşdıran ekspert vurğuladı ki, hal-hazırkı qiymət OPEC+ çərçivəsində bir araya gəlmiş 23 ölkə üçün komfortlu bir qiymət sayılır.

“ “Bloomberg” və “Reuters” agentliyi hasilat mənbələrinə istinadən yazır ki, OPEC-in qərarı indiki hasilat səviyyəsinin saxlanılması olacaq.İyun ayında OPEC+ ölkələri qərar verən zaman,neft 75 dollar ətrafında ticarət edilirdi. Hal-hazırda bu gün 81 dollar ətrafında ticarət edilir. Ümumilikdə, ilin əvvəlindən Brent markalı neftin orta qiyməti 85 dollardan aşağı olub.Yəni ilin əvvəlində minimum satış qiyməti 72 dollar, maksimum qiymət isə 95,8 dollar olub. Hazırda neftin orta qiyməti 85 dollardır, 2022-ci ildə isə neft103 dollar ətrafında ticarət edirdi. Hesab edirəm ki, 2024-cü ildə neftin orta qiyməticari illə müqayisədə azalsa da, ancaq 80 dollardan yuxarı olmalıdır”.

Qeyd edək ki, OPEC+ ölkələrinin iclası noyabrın 26-da Vyanada keçiriləcək.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.