METBUAT.AZ

Ölkə

Paytaxtın bir sıra yollarında tıxac yaranıb -

2 noy 2023 09:01

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

11. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.


metbuat.az.