METBUAT.AZ

Siyasət

Pekinin İrəvana silah satması Bakı ilə münasibətlərə necə təsir edə bilər? -

7 noy 2023 09:35

“Azərbaycan Çindən hərbi texnika almır. Çünki Çinin hərbi texnikası keçmiş SSRİ-nin hərbi texnikasının oxşarıdır. Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir”.

Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilindəq qeyd olunub. Mərkəzin ekspertləri Çinin Ermənistandakı hərbi attaşesinin İrəvanda verdiyi açıqlamaları şərh edən zaman vurğulayıblar ki, iki ölkə arasında hərbi əməkdaşlıq mümkün görünür.

Ermənistana silah və hərbi texnika satarsa, bu vəziyyətin Pekinin Azərbaycanla münasibətlərinə təsiri barədə Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, Çinin hazırda regionda strateji tərəfdaş kimi qəbul edə biləcəyi birinci dövlət Azərbaycandır:

“Çinin “Bir kəmər, bir yol layihəsi” məhz Azərbaycan üzərindən həyata keçirir və bu da Pekinin maraqlarına tam xidmət edən amillərdəndir. Son vaxtlar Çin tərəfinin belə açıqlama verməsinin arxasında duran əsas səbəblərdən bəlkə də birincisi ÇininErmənistanı Hindistandan qoparıb Ermənistanı özünə doğru çəkmək istəyindən də irəli gələ bilər.

Tərəflər arasında hərbi əməkdaşlığın səviyyəsinin hansı həddə qədər inkişaf etdiriləcəyinin müzakirə predmeti olduğunu ifadə edən politoloq qeyd etdi ki, Ermənistanın Çinlə yaxınlaşması Bakı-Pekinmünasibətlərinə ciddi təsir edə bilməz:

“Çin Azərbaycanı itirəcək, münasibətləri korlayacaq səviyyədə addımlar atmaqda maraqlı deyil. Çin Ermənistanla münasibətlərində bütün potensial vəziyyət dəyərləndirilərək addım atılır. Ermənistanla hərbi əməkdaşlıq Azərbaycanla münasibətlərin inkişafına xələl gətirməyəcək xətt üzrə aparıla bilər”,-sitatın sonu

Məlumat üçün bildirək ki, Ermənilərə ikinci ən çox silah satan ölkə Çindir. 1999-cu ildə Çin Ermənistana dörd ədəd reaktiv yaylım atəşi sistemi satıb. Bu da Ermənistanın ilk qeyri-rus silahı idi. Bu, həm də Çinin Cənubi Qafqaz ölkələrinə ilk silah satışı olub. 2013-cü ildə erməni hərbi mənbələri bildirib ki, Ermənistan Çindən AR1A reaktiv yaylım atəşi sistemi (MRL) alıblar.

Bəzi hərbi ekspertlər hesab edir ki, Ermənistanın 2016-cı il aprel savaşından sonra Çinin hərbi texnikasına artan marağın səbəbi isə Çinin hərbi texnikasının daha ucuz və keyfiyyətli olmasıdır. İrəvanın Pekinlə hərbi texniki sahədə yaxınlaşması Kremlin ciddi narazılığına şərait yaradıb.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.