17 noy 2023 16:28
"Əl Nəssr"in futbolçusu Kriştiano Ronaldonun Portuqaliyada inşa etdiyi nəhəng malikanəsinin tikinti müddətinin uzadılması etirazlara səbəb olub.
Metbuat.az xəbə verir ki, Kriştiano Ronaldonun Kaskaisdə tikdiyi malikanənin tikinti müddəti gözləniləndən xeyli uzun çəkib. "Marca" nəşrinin xəbərinə görə, 22 milyon avroya başa gələcək və tennis kortu, dörd dəbdəbəli suit, kinoteatr otaqları və tamamilə şüşəli eksteryerdən ibarət olan binanın qiymətində edilən bəzi dəyişikliklər tamamlanma prosesinin təxirə salınmasına səbəb olub. Lissabondan 20 dəqiqəlik məsafədə yerləşən Cascaisdə tikilməkdə olan malikanə tamamlandıqdan sonra Portuqaliyanın ən bahalı binası kimi qeyd olunacaq. Ronaldonun yeni qonşuları tikintinin davam etməsinə etiraz edib.
Cascais sakini “Ok Diario”ya açıqlamasında "Üç ildir tikinti gedir. Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Firon Ronaldonun piramidasına görə küçəm bağlıdır, bağım tozla doludur” deyə bildirib. Portuqaliyalı ulduzun qonşuları tikinti nəticəsində yaranan toz buludların aradan qaldırılmasını tələb edib.