21 noy 2023 09:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Metbuat.az xəbər verir ki, müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.