METBUAT.AZ

İqtisadiyyat

Problemli kreditlərin həcmi

23 Noyabr 2023 14:00

Bu il noyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 15.3% azalaraq 440.4 milyon manat təşkil edib.

Mebuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi statistikada bildirilib.

Qeyd edilib ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 25.8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 31.8% azalıb.

Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil edib.


metbuat.az.