4 noy 2023 10:18
Ötən gecə Türkiyə Super Liqası çərçivəsində baş tutan "Qalatasaray" "Kasımpaşa" matçında zədələnən Musleranın qolu çıxıb.
Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə klubun həkimi Yener İncə danışıb.
O, bildirib ki, zərbədən Musleranın dirsəyində çıxıq olub. Meydançada yerinə salıblar:
"Bəzən yerinə oturtmaq uyğun gəlir, bəzən kiçik bir qırıq olsa, zədə uzanar. Sabah çəkəcəyimiz MRT-də dislokasiyanı müşayiət edən başqa bir vəziyyətin olub-olmadığını öyrənəcəyik”.
Musleranın noyabrın 8-də keçiriləcək "Bayern Münhen" matçında meydana çıxıb-çıxmayacağı hələ də bəlli deyil.