METBUAT.AZ

Ölkə

Qazaxda qanunsuz saxlanılan ov silahları polisə

11 noy 2023 09:12

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər.

Onun sözlərinə görə, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.


metbuat.az.