METBUAT.AZ

Gündəm

Qənirə Paşayevanın qırx mərasimi keçirilir

7 noy 2023 13:40

Sentyabrın 28-də vəfat edən deputat Qənirə Paşayevanın 40 mərasimi keçirilir.

Metbuat.az Yenicağ-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, deputatlar və tanınmış şəxslər iştirak edirlər.

Heydər Məscidində keçiriləcək mərasim saat 11:00-da başlayıb, 16:00-a qədər davam edəcək.

40 mərasimində Türk dünyasından gələn qonaqların, millət vəkillərinin, Qənirə Paşayevanın dostlarının, ailəsinin iştirakı gözlənilir. Yada salaq ki, Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

metbuat.az.