21 noy 2023 09:54
Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.
Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, noyabrın 21-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.