20 noy 2023 10:28
Qəzza Fələstin administrasiyasının nəzarəti altında olmalıdır.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə deyib. O “The Washington Post” qəzetinə yazdığı məqaləsində bildirib ki, Qəzza və İordan çayının qərb sahili Fələstin rəhbərliyi altında birləşməlidir. İki dövlətli həll üçün çalışdıqlarını vurğulayan Baydenin sözlərinə görə, fələstinlilər Qəzzadan zorla çıxarılmamalı, yenidən işğal edilməməli, mühasirəyə və blokadaya alınmamalıdır.
"İsrail liderlərinə israr etdim ki, İordan çayının qərb sahilində fələstinlilərə qarşı ifrat zorakılıq dayandırılmalı və zorakılıq törədənlər məsuliyyətə cəlb edilməlidir" – Bayden deyib.