METBUAT.AZ

Dünya

Qəzzada qaçqın düşərgəsi bombalandı

1 noy 2023 17:28

İsrail ordusunun blokada altındakı Qəzza zolağının şimalında yerləşən Cibaliye qaçqınlar düşərgəsinə həyata keçirdiyi ikinci bombardmanda onlarla insanın öldüyü və yaralandığı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fələstin mənbələri məlumat verib. Bildirilib ki, İsrail ordusu Cibaliye qaçqınlar düşərgəsində çoxlu insanın yaşadığı Fəllucə rayonunu havadan bombalayıb. Hücumda bölgədə binaların uçması nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilir.

Qeyd edək ki, İsrail ordusunun bundan əvvəl Cibaliye qaçqınlar düşərgəsinə hücumu zamanı 100-dən çox insanın öldüyü açıqlanmışdı.


metbuat.az.