METBUAT.AZ

Region

Qonşu ölkədə 4.5 bal gücündə zəlzələ olub

27 Noyabr 2023 00:35

İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən Bəndər-Abbas şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.


metbuat.az.