METBUAT.AZ

Sağlamlıq

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

25 Noyabr 2023 12:52

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb.

TƏBİB-dən Metbuat.az-a verilən xəbərə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb.

Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.


metbuat.az.