17 noy 2023 14:44
Ötən gün Azərbaycan yığmasının İsveçə 3:0 qalib gəldiyi oyundan sonra komandamızın üzvü Rahil Məmmədovun xanım hakimlərlə görüşmə tərzi gündəm olub.
Metbuat.az xəbər verir ki, yığmamızın müdafiəçisi əlini formasına bükərək qarşılaşmanı idarə edən Esther Staubli və Susanne Künqlə əl-ələ görüşərək təşəkkür edib.
R.Məmmədovun bu davranışı sosial şəbəkələrdə müzakirə olunub. Belə ki, futbolçunun dini inanclarına görə bu cür addım atdığı iddia edilib.