1 noy 2023 15:01
Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova həyat yoldaşı Kamil Şahverdiyevlə arxiv fotosunu paylaşıb.
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, R.Behbudova fotoya bu sözləri yazıb:
"Gözəl, nağıl kimi günlər var idi: musiqi, dünya klassik səhnəsinin böyük ustadları ilə ünsiyyət, yaradıcılıq. Səfərlər, görüşlər, çəkilişlər, konsertlər, xarici jurnalistlərlə görüşlər, hökumət tədbirləri, qəbullar... Çox xoşbəxt idim. Unudulmaz günlər idi".