17 noy 2023 10:15
Kanadanın baş naziri Castin Trüdo nahar etdiyi restoranda 250 nəfərlik qrup tərəfindən etirazla qarşılanıb.
Metbuat.az xəbər verir ki, nümayişçilər baş nazirdən İsrailin hücumlarının davam etdiyi Qəzzada atəşkəs çağırışı etməsini tələb ediblər. Nümayişçilər Trüdoya "Atəşkəs çağırışına qədər daha neçə körpə ölməlidir?" və "Əllərinizdə qan var! Siz soyqırımı maliyyələşdirirsiniz" deyə etiraz ediblər. Vankuver şəhərində baş verən aksiya zamanı qarşıdurma müşahidə edilib. Vankuver Polis Departamenti restoranın qarşısında etirazçılarla qarşıdurma zamanı bir polis məmurunun yaralandığını, etirazçılardan ikisinin isə saxlanıldığını açıqlayıb. Bildirilib ki, Trüdonun restoranı tərk etməsini təmin etmək əraziyə əlavə polislər cəlb edilib.