15 noy 2023 11:51
Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Bildirilib ki, İsrail-Fələstin münaqişəsinin müzakirə olunduğu görüşdə hər iki tərəf uşaq və qadın da daxil olmaqla, görünməmiş mülki itkilərdən narahatlığını ifadə edib. Görüşdə döyüşlərin qısa zamanda dayandırılması, girovların azad edilməsi və Qəzzada dinc əhaliyə humanitar yardımların çatdırılması, Rusiya və Misirin bölgədəki vəziyyəti həll etmək üçün razılığa gəldiyi bildirilib.
Liderlər beynəlxalq hüquq əsasında İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd ediblər. Putin Rusiya vətəndaşlarının Qəzza zolağından təxliyəsi zamanı Misirin dəstəyinə görə Sisiyə təşəkkür edib.