16 noy 2023 00:33
Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.
"Ağ-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda "Zenit"ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.
Qeyd edək ki, noyabrın 18-də reallaşacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlanacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə komandamızın heyətində Azərbaycan çempionu olub.