METBUAT.AZ

Sağlamlıq

Səhiyyə Nazirliyindən antibiotiklərlə bağlı əhaliyə

22 Noyabr 2023 15:17

Özbaşına antibiotik istifadəsi xəstəliyi ağırlaşdıra bilər.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.

O deyib ki, həkim məsləhəti olmadan dərman qəbul edilməsi yolverilməzdir:

“Dərmanlara çox meyilli olmaq lazım deyil. Heç bir dərman “məsum” deyil. Antibiotiklərin bəziləri acqarına, bəziləri yeməkdən sonra qəbul edilir. Antibiotiklər hər gün eyni saatda qəbul edilməlidir. Eyni zamanda da antibiotiklərin neçə gün qəbul edilməsi həkim göstərişi ilə olmalıdır”, - deyə o əlavə edib.

Ağrıkəsicilərin qəbulu barədə danışan həkim bildirib ki, mədə qanaması, böyrək və qaraciyər çatışmazlığında nəzarətsiz qəbul edilən ağrıkəsicilərin rolu var:

“Bəzi hallarda ağrıkəsici qəbul etmək olar, lakin bunun davamlı olması yolverilməzdir”.

Bitki mənşəli qida əlavələrinin orqanizmə mənfi təsirləri barədə danışan həkim deyib ki, bu gün bir çox məqalələrdə bitki mənşəli qida əlavələrinin istifadəsinə bağlı qaraciyər çatışmazlığının müşahidə edilməsinə dair məlumatlar yer alır:

“Yəni qida əlavələri də tamamilə zərərsiz deyil. Onların hansı şəraitdə, necə istehsal olunduğuna, lisenziyasının olub-olmamasına baxmaq lazımdır. Onlardan istifadə edəcəyiksə, mütləq həkim tövsiyəsi olmalıdır”.


metbuat.az.