METBUAT.AZ

Siyasət

Serbiya Prezidenti Ceyhun Bayramovu

7 noy 2023 14:51

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və regiondakı son vəziyyəti müzakirə ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov Serbiya Parlamentinin sədri Vladimir Orlic ilə də görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında parlamentlərarası əlaqələr, həmçinin ikitərəfli əlaqələr və çoxtərəfli platformalarda qarşılıqlı dəstək müzakirə olunub.


metbuat.az.