METBUAT.AZ

İdman

Şiddətə məruz qalan Ramil Şeydayev danışdı -

30 Noyabr 2023 11:08

Azərbaycan millisi və Tailandın "Buriram Yunayted" klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında "Zeyianq"a qarşı matçdan sonra rəqib futbolçular tərəfindən zorakılığa məruz qaldığı barədə xəbər vermişdik.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, oyundan sonra R.Şeydayev Çin klubuna mesaj göndərib. O instaqram hesabında paylaşım edib: "Mən hələ də burdayam, "Zeyianq". Sadəcə ünvanı göndər".

Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.


metbuat.az.