METBUAT.AZ

Dünya

​Şimali Koreyada seçkilərdə 67 ildən sonra "Yox" səsi verildi

29 Noyabr 2023 11:02

Şimali Koreyada keçirilən əyalət və bələdiyyə məclislərində seçkilərdə 67 ildən sonra ilk dəfə “yox” səsi verilib.

Metbuat.az xəbər verir ki, yerli qaydalara görə, müəyyən edilmiş namizəd üçün seçicilər “bəli” və “xeyr” səsi verir. Seçkilərdə seçicilərin 99,91 faizi əyalət xalq məclisi namizədlərinə lehinə, 0,09 faizi isə əleyhinə səs verib. Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına görə, əyalət və rayonlarda keçirilən yerli seçkilərdə 27 min 858 Şimali Koreya vətəndaşı namizəd olaraq irəli sürülüb. 1956-cı ildən bəri ilk dəfə əyalət seçkilərində əleyhinə səs verilib.

“Bu addım Şimali Koreya tərəfindən insanların seçkilərdə öz fikirlərini ifadə etmələrinə icazə verdiklərini nümayiş etdirmək üçün atılıb, lakin bu, insanların səsvermə hüququna malik olduğuna zəmanət vermir”, - deyə Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmisi bildirib.


metbuat.az.