METBUAT.AZ

Dünya

Stoltenberqdən mesaj -

21 noy 2023 11:38

NATO-nun baş katibi Yens Stoltenberq Balkan səfəri çərçivəsində Bosniya və Herseqovinadan sonra Kosovoya səfər edib.

Metbuat.az xəbər verir ki, Stoltenberq Kosovoya səfəri zamanı bildirib ki, NATO Kosovoda təhlükəsiz mühitin təmin edilməsi üçün lazım olan hər şeyi edəcək. Stoltenberq paytaxt Priştinada Kosovo prezidenti Vjosa Osmani ilə görüşüb. Bölgədəki təhlükəsizlik vəziyyətinin müzakirə olunduğu görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Kosovonun şimalında baş verən hücum barədə açıqlama verən Stoltenberq hücumların qəbuledilməz olduğunu bildirib. NATO-nun Kosovoya əlavə 1000 nəfərlik qüvvə və zirehli texnika yerləşdirdiyini və hadisələrdən sonra KFOR patrullarını gücləndirdiyini ifadə edən Stoltenberq, “Kosovoda təhlükəsiz mühitin təmin edilməsi və hər kəsin hərəkət azadlığının təmin edilməsi üçün lazım olanı edəcəyik” deyə bildirib.

Stoltenberq bildirib ki, sabitlik bütün tərəflərin zorakılıq əvəzinə diplomatiyanı seçməsindən və mövcud öhdəliklərini yerinə yetirməsindən asılıdır. Avropa Birliyinin vasitəçiliyi ilə Belqrad və Priştina arasındakı dialoqu güclü şəkildə dəstəklədiklərini ifadə edən Stoltenberq, Kosovoda qurulması tələb olunan Serb Bələdiyyələr Birliyinin normallaşma üçün vacib həmlə olacağını qeyd edib.


metbuat.az.