16 noy 2023 14:43
Sumqayıt şəhərində ana və qızı 15 gündür itkin düşüb.
Metbuat.az xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Aysel Nizami qızı Rəcəbova və övladı Gülay Kamran qızı Rəcəbova ilə noyabrın 1-də gözəllik salonuna getmək adı ilə 4-cü mikrorayonda yaşadıqları evdən çıxıb və geri qayıtmayıblar.
Faktla bağlı polisə məlumat verilib.