METBUAT.AZ

Ölkə

Sumqayıtda güllələnənlərin vəziyyəti

7 noy 2023 11:16

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Qeyd edilib ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir.


metbuat.az.