15 noy 2023 10:09
Cari ilin 1 noyabr tarixindən Şuşa şəhərində ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı bina istilik və isti su ilə təmin edilir.
"Azəristiliktəchizat" ASC-dən Metbuat.az-a verilən məlumata görə, Şuşa şəhərində Cəmiyyətə məxsus gücü 8 110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib.
Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı"na əsasən "Azəristiliktəchizat" ASC-ə tapşırılmış "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" ilə bağlı zəruri işlər aparılır.