14 noy 2023 22:16
Uzun illərdir ki, Azad Azərbaycan telekanalında çalışan aparıcı İlhamə Bədəlova işindən ayrılıb.
Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, "Həkimsən" verilişinin aparıcısı başqa kanalda işə başlayır. Bədəlova artıq "Space" TV-də fəaliyyətini davam etdirəcək.
Bu gün sözügedən proqramın əvəzinə "Bir kişi, bir qadın" serialı yayımlanıb.
Aparıcı "Həkimsən" verilişi ilə yanaşı bir müddət Vüsalə Əlizadəni "7 canlı" proqramında əvəz etmişdi.