METBUAT.AZ

Ölkə

​Tanınmış aparıcıya

24 Noyabr 2023 15:16

Tanınmış aparıcı, jurnalist Rita Ömərova yeni vəzifəyə təyin edilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, bundan sonra "Rabitəbank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ömərova ANS TV-də aparıcı, sonra isə ANS-in Amerika Birləşmiş Ştatlarında Müxbir Məntəqəsinin rəhbəri olub. Həmçinn marketinq və İсtimaiyyətlə əlaqələr sahəsində Azərbaycanın bir sıra qabaqcıl şirkətlərində, o cümlədən "NAR Mobile"da fəaliyyət göstərib.


metbuat.az.