METBUAT.AZ

Hadisə

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib -

24 Noyabr 2023 01:04

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Metbuat.az-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 880kv.m olan mansard tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220kv.m sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.


metbuat.az.