METBUAT.AZ

Hadisə

Toydan çıxan qadın faciəvi şəkildə öldü

4 noy 2023 23:18

Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Xaçmaz rayon sakini, 59 yaşlı Nigar Səfərəliyevanı VAZ markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisə N.Səfərəliyeva Ağalıq kəndində toy məclisindən çıxan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.