METBUAT.AZ

Şou-Biznes

Tünzalə Ağayevanın bu geyiminə efirdə irad tutuldu -

18 noy 2023 22:51

Müğənni Günay İbrahimli Xalq artisti Tünzalə Ağayevanın geyiminə irad bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb. Günay həmkarlarının fotolarına sıra ilə baxaraq onların geyim tərzlərini dəyərləndirib. Ağayevanın bir müddət əvvəl geyindiyi qara, dekolteli libası uğursuz adlandırıb:

“Tünzalə xanım sevdiyim , sənəti olan ifaçımız, Xalq artistimizdir. Mənim də uğursuz geyimlərim olur. Dekolte bir yerdə olanda yaxşıdır, ümumiyyətlə qadın qapalı geyinəndə gözəl görünür. Mənim də uğursuz geyimlərim olur. Hamısı sənət yoldaşlarımdır, hər biri ilə münasibətim çox yaxşıdır. Burada reallıqdan danışırıqsa, gərək səmimi fikirlərimi deyim. Yalandan desəm ki, bəyənirəm, tamaşaçılar üz ifadəmdən anlayacaq”.


metbuat.az.