3 noy 2023 16:14
Yaxın Şərqdə davam edən İsrail-Fələstin probleminin təhlükəli həddə çatmasından narahatıq.
Metbuat.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Orban Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. O bildirib ki, problemin yeganə və ədalətli həlli iki dövlətli həll yoludur. O deyib:
"Birləşmiş Millətlər Təşkilatının qərarlarında qeyd edildiyi kimi, fələstin xalqının müstəqil dövlət qurmaq hüququ var. Türk Dövlətləri Təşkilatı olaraq, bununla bağlı ortaq mövqeyimizi dünyaya nümayiş etdirməliyik”.