9 noy 2023 14:13
Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) 8 Noyabr- Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” prinsipi ilə həmişə birlikdə olmağa davam edəcək.