3 noy 2023 15:46
"Avropada yeni təhlükəsizlik arxitekturasının vaxtıdır. Türkiyə mütləq bunun içində olmalıdır. Türkiyəsiz Avropa üçün sülh mümkün deyil".
Metbuat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. Türk dövlətləri üçün müsbət irəliləyişlərin olduğunu ifadə edən Orban bildirib ki, Avropada bir dilemma var.
“Avropanın siyasətdə çətinliklərlə üzləşdiyini deyə bilərəm. Avropa baxımından qlobal təhlükəsizlik heç vaxt bu qədər pis olmamışdı. Soyuq müharibədən bəri biz bu qədər çətin təhlükəsizlik vəziyyəti ilə üzləşməmişdik. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki silahlı qarşıdurmalar, AB ölkələrinə qarşı silahlı təhdidlər və miqrasiya dalğalarının Avropa siyasətini gərginləşdirir” – Orban deyib.