METBUAT.AZ

Dünya

Ukrayna PUA ilə Moskvaya hücum etdi

29 Noyabr 2023 15:20

Ukraynaya məxsus PUA Moskva vilayəti yaxınlığında məhv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada Ukraynanın pilotsuz uçuş aparatları ilə Moskvaya hücum cəhdinin qarşısı alındığını bildirilib. Məlumata görə, hücumun qarşısı hava hücumundan müdafiə sistemləri ilə alınıb. Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edildiyi bildirilib.


metbuat.az.