METBUAT.AZ

Siyasət

Ümid edirik ki, İrəvan bunu bərpa edəcək -

26 Noyabr 2023 19:20

KTMT tələb olunan birlik olaraq qalır və Rusiya ümid edir ki, Ermənistan sonda bu təşkilatda iştirakını tam bərpa edəcək.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistanın mövqeyi yaxşı məlumdur. Biz hər şeylə razılaşa bilmərik, çünki KTMT aktuallığını saxlayır. Bütün ölkələr bu blokun daha da gücləndirilməsi və inkişaf etdirilməsi zərurəti ilə bağlı yekdil fikirdədirlər. Ona görə də ümid edirik ki, erməni dostlarımız da sonda təşkilatda geniş iştirak lehinə öz yanaşmalarını bərpa edəcəklər”, - Peskov bildirib.


metbuat.az.