28 Noyabr 2023 14:00
28 noyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Metbuat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 68.2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 74.4% çoxdur. Belə ki, 23 noyabrda keçirilən valyuta hərracında banklar 39.1 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Əlavə edək ki, cari ilin noyabr ayında valyuta hərraclarında banklara 349.2 milyon dollar satılıb.