28 Noyabr 2023 11:14
Beynəlxalq Futbol Assosiasiyaları Şurası video köməkçi hakimin matç zamanı daha çox epizodlara müdaxilə edib-etməməsini müzakirə edir.
Metbuat.az xəbər verir ki, dəyişiklik qəbul olunarsa, VAR-ın səlahiyyətləri genişlənəcək. “Times” qəzetinin məlumatında, FİFA-nın yaratdığı VAR komissiyası video köməkçi hakimlərə daha çox səlahiyyət verilməsini nəzərdən keçirsə də, FİFA-nın oyunun çox dayandırılmasından narahat olduğu qeyd edilib. VAR-ın səlahiyyəti genişlənərsə, video köməkçi hakimlər cərimə zərbələri, künc zərbələri və ikinci sarı vərəqələrə müdaxilə edə biləcək.