METBUAT.AZ

İdman

Varan Avropa nəhəngindən yüksək məvacib tələb etdi

22 Noyabr 2023 15:14

“Mançester Yunayted”in heyətində uğursuz oyun nümayiş etdirən Rafael Varan başqa kluba transfer ola bilər.

Metbuat.az xəbər verir ki, “Bayern Münhen” Varan üçün hərəkətə keçib. “Sky Sports”un məlumatına görə, “Bayern Münhen” Varane üçün 30 milyon civarında təklif hazırlayıb. Lakin futbolçunun yüksək maaş tələb etməsi transfer problem ola bilər. Məlumata görə, Varane 19 milyon avro civarında məvacib tələb edir.

Onun “Mançester Yunayted”də qazandığı məvacib buna yaxındır. Bildirilir ki, Varan məvacibini azaltsa transfer reallaşa bilər.


metbuat.az.