5 noy 2023 09:01
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Romal Bəyəlizadə Bakı şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəyib. O, ifadəsində törətdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.