16 noy 2023 10:05
Əfqanıstandan Suriya və Livana silahlılar cəlb edilir.
Metbuat.az xəbər verir ki, bu barədə əfqanıstanlı politoloq Rəzzaq Məmun iddia irəli sürülüb. İddialara görə Əfqanıstandan 1200-ə yaxın döyüşçü Livana göndərilməsi üçün Suriyaya gedib. Həmçinin politoloq 700-ə yaxın yaraqlının Suriyanın İsraillə sərhəd yaxınlığında yerləşən Qolan təpələrinə yerləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, sözügedən yaraqlılara İslam İnqilabının Keşikçiləri Korpusu və “Hizbullah” qruplaşması tərəfindən təlim keçidiyi irəli sürülür. ABŞ-ın Livana hərbi qüvvə cəmləşdirdiyi barədə də xəbərlər dərc edilib. İddialara görə, ABŞ Hizbullahın İsrailə qarşı həmləsini zərərsizləşdirmək üçün belə qərar verib.