7 Dekabr 2023 14:43
Suriyadakı Bəşər Əsəd administrasiyası 11 ildən sonra Səudiyyə Ərəbistanına səfir təyin edib.
Metbuat.az xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini Eymen Sosan səfir vəzifəsinə seçilib. Bununla bağlı Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Bildirilir ki, Suriya əlaqələrin normallaşması istiqamətində mühüm addım atıb. Bu çərçivədə Səudiyyə Ərəbistanına səfir təyin edilib.
Qeyd edək ki, Suriya müharibəsindən sonra bir sıra Ərəb ölkələri Dəməşqlə münasibətləri dayandırmışdı.