21 Dekabr 2023 17:21
Müğənni Roza Zərgərli arıqlamağının sirrini açıqlayıb.
Metbuat.az xəbər verir ki, sənətçi "Gül kimi" şouda bu haqda sualları cavablandırıb. O bildirib ki, mədəqatlama əməliyyatı etdirib:
"Çəkim icazə vermirdi ki, mədəmi kəsdirim. Həm də mədə kəsdirəndə saç tökülür, çoxlu vitamin içməlisən. Ayağımda da problem var, kökəlmək olmaz. Bir versiyam var idi, mədəqatlatma etdirmək. 13 kiloqram çəki atmışam. Qalıb 5 kiloqramım".