15 Dekabr 2023 14:42
"Şəbnəm Tovuzlu bir neçə gün əvvəl çıxıb efirdə deyir ki, məni məhkəməyə veriblər. Bəli, mən o xanımı məhkəməyə vermişəm. Məhkəmə iclası dünən oldu. Amma Tovuzlu məhkəməyə gəlmədi".
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq "Elgizlə izlə" verilişində deyib. İfaçı Şəbnəm Tovuzlunu məhkəməyə verməsindən danışıb. O bildirib ki, ötən gün məhkəmə baş verib, amma Şəbnəm gəlməyib:
"Gəlməməyinin səbəbinə gəlincə, bilir ki, araşdırma zamanı əsl adının Aygün olduğu üzə çıxacaq. Necə ki, araşdırdıq və bu məsələ üzə çıxdı. Şəbnəm Tovuzlunun əsl adı Aygündür. Bu qadın söyləyir ki, mənim anam Şəbnəmlə rəfiqə olub. Bu, yalandır. Belə bir şey heç zaman olmayıb. O mənə şər atır.
Bu Aygün (Şəbnəm Tovuzlu – red.) sosial şəbəkələrdə və efirlərdə mənim ələyhimə danışır. Mən 2 təhsilli, 7 əcnəbi dil bilən, yüksək savada malik olan xanım, ziyalı bir kişinin övladıyam. O haqqımda TikTok-da yazılar qoydurur. Özü kimiləri yığır ətrafına və deyir ki, guya mənim başım çatmır, başım xarabdır. Haqqımda elə sözlər deyib ki, onları da araşdırıb, polisə verəcəyəm. Gəl, cavabını ver.
İndiyə qədər heç kimin nə adı, nə şöhrəti altında özümü təbliğ etmişəm. Heç kimin adından istifadə etməmişəm. 13 yaşından bu Aygün, rayon, kənd və mağarlarda oxuyan bir qız keçib bir məşhurun adının altına, onun adı ilə də özünü reklam edir.
Adımla bağlı bir çox ciddi orqanlara, təşkilatlara müraciət etmişəm. Səhnəyə yeni gələn insanlar o qurumda üzv olsunlar və yeni səhnə adları olsun. Onların səhnə adları olmalıdır ki, birinin elədiyi digərinə keçməsin. Birinin adı nədəsə hallanırsa, digərinin adı onun yanında hallanmasın. Bu Aygün yalandan haqqımda müəyyən fikirlər səsləndirərək mənim ictimai nüfuzuma xələl gətirir".