METBUAT.AZ

İqtisadiyyat

2024-cü ildə yenidən bankların bağlanması gözlənilir? -

7 Dekabr 2023 15:15

Mərkəzi Bank sədri Taleh Kazımov problemli banklarla ilə bağlı məsələyə münasibət bildirib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, AMB sədri bildirib ki, hazırda Mərkəzi Bankın qaydalarına riayət etməyən bank yoxdur. Ölkədə sistem əhəmiyyətli bankların heç bir problem olmadığını vurğulayan sədrin sözlərinə görə, indiki məqamda hansısa bankın bağlanması planda yoxdur. İşlək olan bankların hamısının maliyyə hesabatları qaydasındadır, hesabatlılıq və aktivləri ilə bağlı problem aşkar edilməyib.

Qeyd edək ki, cari ildə Azərbaycanda 2 bank - “Günay Bank” və “Muğan Bank”ın lisenziyası ləğv olunub.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.